AZ

"Heineken" bağlanan 62 pivəxananı yenidən açacaq

Dünyanın ikinci ən böyük pivə istehsalçısı olan Hollandiyanın "Heineken" şirkəti bağlanmış 62 pivəxananı yenidən açacaq.

Bakıvaxtı.az "BBC"yə istinadən bildirir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, Böyük Britaniya pivəxanaları COVİD-19 pandemiyası və sonrakı illərdə minimum yaşayış səviyyəsinin aşağı düşməsi fonunda üzləşdiyi zərərlərə görə bağlanmışdı. "Heineken"in yenidən açacağı pivəxanaların bəziləri 4 il, bəziləri isə 12 aydır bağlanıb. 

Hazırda pivəxanaların yenidən fəaliyyətinin 1000-dən çox iş yerinin açılmasına səbəb olacağı gözlənilir.

"Heineken" ümid edir ki, pivəxanaların yenilənməsi içki sevənləri yenidən cəlb edəcək və şirkətin məhsullarına tələbat artacaq.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla