AZ

Hemsvortdan Bred Pitt etirafı

“Qara geyimli adamlar”, “Qisasçılar”, “Dənizin ortasında” və “Qələbəyə tələs” kimi filmlərlə tanınan avstraliyalı aktyor Kris Hemsvort oğlunun adını qoyarkən Bred Pittdən ilham aldığını açıqlayıb.

Kulis.az xəbər verir ki, aktyor oğlunun adını Bred Pittin "Ehtiras küləkləri" filmindəkiobrazından təsirlənərək Tristan qoyduğunu deyib.

Chris

40 yaşlı aktyorun Elza Pataki ilə evliliyindən Tristan, Saşa və İndia adlı üç övladı var.

O, genetik olaraq Alzeymerə meylli olduğunu və bir müddət aktyorluğa fasilə verəcəyini açıqlamışdı. Aktyor Hollivudu tərk etdiyi ilə bağlı iddiaları cavabsız qoymayıb:

"Haqqımda çıxan xəbərlər məni çox əsəbiləşdirdi, çünki bu məsələ ilə bağlı həssas idim və bunu paylaşmaq ehtiyacı hiss etmişdim".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla