AZ

ABŞ səfiri: Şuşada olmaqdan xoşbəxtəm - VİDEO

“Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm”.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ səfiri Mark Libby Cıdır düzündən yayımladığı videomüraciətində bildirib.

“Biz iki aya yaxındır ki, bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər nəhayət, baş tutdu. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - səfir Libby qeyd edib.

Diplomat onun və xanımın çox səmimi qarşılandığını vurğulayıb:

“Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Bu səfər və şəhərin öz gözlərimlə gördüyüm inkişafı məndə çox böyük təəssürat yaratdı. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu gün Şuşadan başqa, hökumət nümayəndələri ilə görüşmək və səfirliyin həyata keçirdiyi ingilis dili proqramlarında iştirak etmiş yerli müəllimlərlə görüşmək üçün Füzuliyə səfər edəcəyəm. Nə qədər ki, Azərbaycanda bizimlə işləmək istəyən tərəfdaşlarımız var, ABŞ bu ölkənin iqtisadi inkişafı və insanlarının rifahının dəstəklənməsi üçün çalışmağa davam edəcək".


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
3
Mənbələr
Şərh ()
Bağla