AZ

“Düşünmürəm ki, Almatıdakı danışıqlarda hansısa bir formada irəliləyiş...” - Politoloq

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüşün tarixi məlum olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq.

Bu görüşdən gözləntilər nədir?

Politoloq Fərhad Məmmədov Herbiand.az-a bildirib ki, sülh sazişi ilə bağlı bir neçə məqamda ziddiyətlər mövcuddur:

“Birinci məqam Azərbaycanın ərazi bütövlüyünün Ermənistanın qanunvericiliyində şübhə altına alınmasıdır. İkinci məqam sərhədlər ilə bağlı idi. Üçüncü məqam isə nəqliyyat infrastrukturu, yəni Zəngəzəur dəhlizindən maneəsiz keçidlə bağlı idi. Görünən odur ki, sərhədlərlə bağlı məsələ ikitərəfli komissiyada bu və ya digər formada öz həllini tapmaqdadır və proses artıq başlayıb”.

Fərhad Məmmədovun sözlərinə görə, ümumiyyətlə sərhədlərin müəyyən edilməsi uzun çəkən prosedir:

“Lakin digər iki məqamla bağlı ziddiyətlər mövcuddur. Ona görə düşünmürəm ki, Almatıdakı danışıqlarda hansısa bir formada irəliləyiş əldə olunsun. Amma danışıqların getməsi onu göstərir ki, hər üç mövzuda tərəflər güc tətbiq etmədən siyasi diplomatik yollara üstünlük verirlər”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla