AZ

"Sportinq"in baş məşqçisi komandada qalacaq

Adı bir çox Avropa nəhəngləri, xüsusən də Premyer Liqa komandaları ilə hallanan Ruben Amorim “Sportinq”də qalacaq.

"Operativ Media" xəbər verir ki, sona 2 həftə qalmış Portuqaliya Liqasında "Sportinq"in çempionluğunu elan edən Amorim çempionluq şənlikləri zamanı növbəti mövsümdə də komandada olacağını bildirib.

Amorim açıqlamasında "Qalıram. Mənim "Sportinq"lə müqaviləm var və bu çempionluğu bütün azarkeşlərə həsr edirəm. İndi üçüncü çempionluq üçün çalışacağıq" deyə bildirib.

Avropanın bir çox komandaları mövsümün sonunda hazırkı məşqçiləri ilə yollarını ayıracaq.

 Ruben Amorimi istəyən komandalar arasında "Liverpul"la yanaşı "Vest Hem Yunayted" də var idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla