- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
“Ümumi daxili məhsulda (ÜDM) proqnozla müqayisədə bu il artım daha çox qeydə alınıb. Belə ki, biz bu ilin ilk rübünün yekunlarına baxsaq, 2024-cü ilin birinci rübündə ÜDM-də 4 faiz artım qeydə alınıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Deputat bildirib ki, proqnoz isə 2.7 faiz olub: “Vacib məqamlardan biri də ondan ibarətdir ki, qeyri-neft sektorunda 6.7 faiz artım qeydə alınıb. Neft-qaz sektorunda isə bu rəqəm 0.4 faiz təşkil edir.
Eyni zamanda ÜDM üçün vacib olan istiqamətlərdən biri olan sənayedə də oxşar tendensiya müşahidə olunub. Belə ki, qeyri-neft sənayesində 7.8 faiz artım qeydə alınıb. Bu isə ondan xəbər verir ki, ÜDM-də artım artıq qeyri-neft sektoru hesabına baş verir. Yəni, bu gün Azərbaycan iqtisadiyyatında drayver qeyri-neft sektorudur. Baxmayaraq ki, Azərbaycan savaşdan çıxmış ölkədir, amma buna rəğmən biz ÜDM-dəki artım tempini qoruyub, saxlaya bildik. Qarabağ və Şərqi-Zəngəzurun bərpası, yenidənqurması və məskunlaşması isə ÜDM-də növbəti illərdə daha yüksək artımlara nail olmağa imkan yaradacaq”.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.