AZ

Medvedev: Ukraynaya qoşun göndərilsə, Vaşinqton, London və Parisə nüvə zərbəsi endiriləcək

“Qərbin Ukraynaya qoşun yeritməsi qlobal fəlakətə gətirib çıxaracaq”.


Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz “Telegram” kanalında yazıb.


Medvedev əlavə edib ki, Qərb ölkələrinin liderləri bu halda “nə Kapitoli təpəsində, nə Yelisey sarayında, nə də Dauninq-stritdə gizlənə bilməzlər”.


Medvedevin qənaətinə görə, bu halda baş verəcək böyük fəlakətə görə Avropa cavabdeh olacaq.


Xatırladaq ki, bundan bir qədər əvvəl Rusiyanın Müdafiə Nazirliyi yaxın vaxtlarda nüvə silahının da sınaqdan keçirilməsinin nəzərdə tutan təlimlərin başlayacağını açıqlayıb./APA

Tarix: 6 May 2024, 15:18   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
5
pravda.az

6Mənbələr

Şərh ()
Bağla