AZ

Medvedev: Qərbin Ukraynaya qoşun yeritməsi qlobal fəlakətə gətirib çıxaracaq

“Qərbin Ukraynaya qoşun yeritməsi qlobal fəlakətə gətirib çıxaracaq”.Leqal.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz “Telegram” kanalında yazıb.Medvedev, həmçinin qeyd edib ki, Qərb ölkələrinin liderləri bu halda “nə Kapitoli təpəsində, nə Yelisey sarayında, nə də Dauninq-stritdə gizlənə bilməzlər”.Medvedevin qənaətinə əsasən, bu halda baş verəcək böyük fəlakətə görə Avropa cavabdeh olacaq.Xatırladaq ki, bundan bir qədər öncə Rusiyanın Müdafiə Nazirliyi yaxın vaxtlarda nüvə silahının da sınaqdan keçirilməsinin nəzərdə tutan təlimlərin başlayacağını açıqlayıb.Leqal.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
5
leqal.info

6Mənbələr