AZ

Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb

Almaniya Moskvanı Almaniya Sosial Demokrat Partiyasına kiberhücumda ittiham etdikdən sonra Rusiya Federasiyasındakı səfiri Aleksandr Lambsdorffu geri çağırıb.

Qaziler.az bildirir ki, bu barədə mayın 6-da Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə bildirib.

“Əlavə olaraq sizə məlumat verə bilərəm ki, xarici işlər naziri məsləhətləşmələr üçün səfir Lambsdorfu Berlinə geri çağırmaq qərarına gəlib”, - XİN sözçüsü bildirib.

O, Lambsdorfun bir həftə Berlində qalacağını, sonra Moskvaya işə qayıdacağını söyləyib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
Mənbələr
Şərh ()
Bağla