Olaylar xəbər verir ki, bu barədə TGRT telekanalı məlumat yayıb.
Sınaqların texniki təfərrüatı barədə hələ ki, məlumat verilməyib.
"Uçuş hələ rəsmi olaraq təsdiqlənməyib. Fevralın 21-də ilk uçuşdan bəri mühəndislər qırıcının proqram təminatını, uçuş və döyüş xüsusiyyətlərini təkmilləşdirmək üçün yeni sistemləri birləşdirir", - kanal bildirib.
Qeyd edək ki, fevralın 21-də Türkiyə Hərbi Hava Qüvvələrinin Ankaradakı Mürted aviabazasından havaya qalxan "Kaan" qırıcısı 13 dəqiqə havada qalıb, sürəti saatda 420 km-dən çox, uçuş hündürlüyü isə 2,4 km olub. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31