AZ

Azərbaycan idmançıları Rusiyada üzgüçülük üzrə turnirdə 9 medal qazanıblar (FOTO)

Bakı. Trend:

Azərbaycan üzgüçüləri Rusiyada Universitetlər arasında keçirilən“Rektor Kuboku” yarışlarında yüksək nəticələr göstəriblər.Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin verdiyiməlumata görə Rusiyanın Kazan şəhərində 04-05 may tarixlərindəkeçirilən turnirdə üzgüçülərimiz ümumilikdə 2 qızıl, 4 gümüş, 3bürünc medal qazanıblar.

Həftəsonu 50 metrlik “Burevestnik” üzgüçülük hovuzunda Rusiyanın32 regionundan 1084 idmançı və Azərbaycandan olan komanda, ocümlədən 15 universitet komandası yarış mükafatları uğrundayarşıblar. İlk gündə idmançılar beş yaş qrupu üzrə 75 mükafat dəstiuğrunda mübarizə aparıblar.

Azərbaycan üzgüçüsü Əbdürrəhman Rüstəmov 200 m ve 50 mbatterflyay usulunda qizil medal, Alkərəmova Fatimə isə 100 msərbəst üsulda bürünc medala sahib olublar. Yarışların ikincigünündə də idmançılarımız yüksək nəticələr göstəriblər. Belə ki,Əbdürrəhman Rüstəmov 100 batterflyay üsulunda 2 ci yer, 200 mqarışıq usulda 2 ci yer, 200 m sərbəst üsulda 2 ci yeri qazanıb.Digər idmançımız Rəşad Alquliyev 200 m qarışıq üsulda bürüncmedalla kifayətlənib. Xanım üzgüçümüz Fatimə Alkərəmova isə 200 msərbəst üsulda 2 ci, 200 m qarışıq üsulda isə 3 –cü yerə sahibolub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
9
az.trend.az

10Mənbələr

Şərh ()
Bağla