AZ

Rusiyada 9 medal

Rusiyada universitetlər arasında üzgüçülük üzrə “Rektor kuboku” keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan millisi 2 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıb.

Əbdürrəhman Rüstəmov 50 m və 200 m məsafəyə batterflyay üsulunda üzmədə birinci, eyni üsulla 100 m, həmçinin qarışıq üsulla və sərbəst üsulla 200 m məsafəyə üzmədə ikinci yeri tutub.

Fatimə Alkərəmova 200 m məsafəyə sərbəst üsulda gümüş, eyni məsafəyə qarışıq və 100 m məsafəyə sərbəst üsulda bürünc medal qazanıb.

Digər idmançımız Rəşad Alquliyev isə 200 m məsafəyə qarışıq üsulla üzmədə finiş xəttinə üçüncü çatıb.

Qeyd edək ki, “Burevestnik” üzgüçülük hovuzunda keçirilən yarışda Rusiyanın 32 regionundan 1084 idmançı mübarizə aparıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
1
msport.az

10Mənbələr