ABŞ-ın keçmiş prezidenti Donald Tramp Co Baydenin seçkiqabağı taktikasını Hitlerin Gestaposu ilə müqayisə edib.

İndex.az xəbər verir ki, Tramp Baydenin ABŞ ədliyyə sistemini ona qarşı silahlandırdığını iddia edib.

Nasist Almaniyasındakı gizli polis qüvvələrinə istinad edərək demokratları “Gestapo administrasiyası” idarə etməkdə ittiham edib.

Tramp bundan əvvəl də siyasi rəqiblərini “həşərat” adlandırdığı və mühacirləri “heyvanlarla” müqayisə etdiyi üçün tənqidlərə məruz qalmışdı.