Alimlər dünyanın ən böyük problemlərindən biri olan qlobal istiləşmə və iqlim dəyişikliyini həll etmək üçün araşdırmalar aparmağa davam edirlər. Hələ həyata keçirilməsə də, bu problemlərin həlli üçün ideyalar hazırlanır.

İndex.az xəbər verir ki, bu problemlərin hələ də davam etməsi dünyada suyun tükənməsi, günəşin temperaturunun artması və buzlaqların əriməsi təhlükəsini günü-gündən artırır. Bütün bunları nəzərə alaraq, təkmilləşdirilmiş superkompüter bəşəriyyətin nə vaxt sona çatacağını proqnozlaşdırıb.

Yaradılan simulyasiyaya görə, Yer kürəsində davam edən iqlim və qlobal istiləşmə problemi səbəbindən bəşəriyyətin sonu 250 milyon ildən sonra baş verə bilər.

Atmosferin CO2 ilə dolacağını təxmin edən kompüter, Günəşin temperaturu yüksək səviyyələrə çatdığından bir çox canlının, xüsusən də bəşəriyyətin həyatlarını davam etdirə bilməyəcəyinə işarə edir.

İqlim şəraitinə görə qida yetişdirməyin mümkünsüzlüyü bəşəriyyətin sonu üçün yol açacaq. Su və ərzaq ehtiyatlarına çıxış imkanının olmaması bu mümkün dəhşətli ehtimala geniş qapılar açacaq.