AZ

"Almatı görüşündə sülh müqaviləsinin şərtləri də müzakirə olunacaq" - Politoloq

"Almatı görüşündə sülh müqaviləsinin şərtləri də müzakirə olunacaq" - Politoloq

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşünün tarixi açıqlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə məlumat yayıb. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq. Amma, hələlik, görüşün dəqiq gündəliyi açıqlanmır.

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlama verib.
Politoloq bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin təkbətək görüşü iki ölkə üçün də müsbət addımdır:

"Azərbaycan və Ermənistan arasında delimatasiya prosesi tezləşib. Eyni zamanda delimitasiya prosesi zamanı qalib ölkə olaraq Azərbyacanın şərtləri ilə razılığa gəlinir. Artıq Azərbaycan və Ermənistan müəyyən mövularda razılığa gəliblər. Mayın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qazaxıstanın Almatı şəhərində görüşündə bundan sonraki delimitasiya, eyni zamanda sülh müqaviləsi müzakirə olunacaq. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin təkbətək görüşü iki ölkə üçün də müsbət addımdır. Bu görüş Azərbaycan və Ermnistan arasındaki bundan sonrakı münasibətlər üçün mühim önəm daşıyır. Mayın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qazaxıstanın Almatı şəhərində görüşü iki ölkə arasındakı bundan sonrakı münasibətləri üçün mühim önəm daşıyır".

Qeyd edək ki bir müddət öncə Azərbaycan və Ermənistan rəsmiləri belə bir görüşün keçirilməsinə razılıq verildiyini bildirmiş, lakin onun tarixinin, hələlik, bəlli olmadığı vurğulanmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla