AZ

Darvin Nunez instaqram hesabında "Liverpul"la bağlı şəkilləri silib

"Liverpul" klubunun uruqvaylı futbolçusu Darvin Nunez yayda komandanı tərk edə bilər.

İqtisadiyyat.az xəbər verir ki, buna səbəb hücumçunun oyunlarda az şans qazanması və azarkeşlərin onu tənqid etməsidir.

Darvin Nunez instaqram hesabından "Liverpul"la bağlı bütün şəkilləri silib.

Bu da futbolçunun yayda komandanı tərk edəcəyi iddialarını gücləndirib.

Qeyd edək ki, Darvin Nunez bu mövsüm "Liverpul" forması ilə 34 oyuna 11 qol vurub, 8 assist edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla