AZ

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

“AzerGold” QSC Balakən rayonunda yerləşən və mürəkkəb geoloji quruluşa malik “Filizçay” polimetal yatağında optimal emal və zənginləşdirmə metodologiyasının müəyyənləşdirilməsi üçün metallurji, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən “Ortakənd” qızıl yatağında aşkarlanmış qızıl ehtiyatlarının geoloji-iqtisadi qiymətləndirilməsi və açıq üsulla filizçıxarma parametrlərinin optimallaşdırılması üzrə tədqiqatlar aparır.

QSC-dən verilən məlumata görə, bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının dağətəyi sahələrində, eləcə də Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarında aktiv geoloji tədqiqat işləri görülür. Perspektivli sahələrin daha qısa vaxtda müəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruqqazma işlərinə qənaət edilməsi, daha kiçik arealı əhatə edən, dəqiq koordinatlar üzrə aparılması məqsədilə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv axtarış metodları – hiperspektral peyk çəkilişləri və aeroelektromaqnetik tədqiqat üsullarından istifadə edilir.

Cari ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa və Şahbuz rayonlarını əhatə edən 2566 km2 sahədə hiperspektral peyk çəkilişlərinin icrasına başlanılıb. Həmçinin Daşkəsən, Göygöl və Goranboy rayonlarının ərazilərini əhatə edən 1890 km2 sahədə helikopter vasitəsilə aeroelektromaqnetik tədqiqatların aparılması üçün hazırlıq işlərinə start verilib. Bundan başqa, növbəti illərdə Şuşa, Xocalı və Ağdərə rayonlarında sözügedən metodlar vasitəsilə axtarış-qiymətləndirmə işlərinə başlanılması nəzərdə tutulub. Ümumilikdə tədqiqatlar 3 mərhələ, o cümlədən axtarış-qiymətləndirmə, ilkin kəşfiyyat işləri və dəqiq kəşfiyyat işlərini əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
Mənbələr
Şərh ()
Bağla