AZ

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Bakı. Trend:

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətimüəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq.

Trend-in məlumatına görə,onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşləqəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.

Qayımov Elşad Şirin oğlu Xaçmaz rayonunun Hacıqurbanobakəndində, Səfərov Asim Nadir oğlu Qəbələ rayonunun Qəmərvankəndində, Həsənov Vüqar Telman oğlu Sabirabad rayonununMuğangəncəli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyüehtimal edən G.Dadaşov, E.Qayımov və A.Səfərov Beyləqan rayonununŞəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlumşəhid kimi basdırılmışdı.

Bundan başqa, V.Həsənovun qalıqları isə Xocavənd rayonununEdilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
49
az.trend.az

10Mənbələr

Şərh ()
Bağla