AZ

Şəxsiyyəti müəyyənləşdirilən 4 şəhid bu gün dəfn ediləcək

Bu gün Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhid dəfn ediləcək.

Bizim.Media xəbər verir ki, Dadaşov Gülalı Məhəmməd oğlu Keşlə qəsəbəsində Şəhidlər xiyabanında dəfn olunacaq.

Qayımov Elşad Şirin oğlu Xaçmaz rayonunun Hacıqurbanoba kəndində, Səfərov Asim Nadir oğlu Qəbələ rayonunun Qəmərvan kəndində, Həsənov Vüqar Telman oğlu Sabirabad rayonunun Muğangəncəli kəndində torpağa tapşırılacaq.

Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
49
bizim.media

10Mənbələr