AZ

Məşhur bankir mənzilində ölü tapıldı

Rusiyanın tanınmış bankir, “Norilsk Nikel” şirkətinin direktorlar şurasının keçmiş sədri Aleksandr Filipev Moskvanın mərkəzindəki mənzilində ölü tapılıb.

Publika.az xəbər verir ki, “MK”-nın əldə etdiyi məlumata görə, bazar günü günortadan sonra 69 yaşlı iş adamı Qolikovski prospektindəki mənzilində huşsuz vəziyyətdə tapılıb. Həkimlər onu xilas edə bilməyiblər.

Ölümün səbəbi müəyyənləşdirilir. Filipev “Rosbank”ın, daha sonra “Tavriçeski Bank”ın idarə heyətinin sədri olub və iki il “Norilsk Nikel”in direktorlar şurasına rəhbərlik edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla