AZ

Daşqınlar nəticəsində ölənlərin sayı 80-a çatdı

Səlahiyyətlilər Braziliyanın cənubunda daşqınlar nəticəsində ölənlərin sayının 78-ə çatdığını təsdiqləyib. 

News24.az xəbər verir ki, bu barədə G1 portalı ölkənin cənubunda Argentina ilə sərhəddə yerləşən Rio Qrande-du-Sul əyalətinin Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, 105 nəfər itkin düşüb. 844 mindən çox sakin yağış və qasırğadan, 341 bələdiyyə isə təbii fəlakətdən zərər çəkib. Şənbə günü mətbuat konfransı zamanı əyalət qubernatoru Eduardo Leite dağılmış əraziləri bərpa etmək üçün Marşal Planına ehtiyac duyulacağını söyləyib.

Mehriban Mirzəzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla