AZ

Salah tarixə düşdü

İngiltərə Premyer Liqasının XXXVI turunda “Tottenhem”lə oyun (4:2) “Liverpul”un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, qarşılaşmada hesabı açan “mersisaydlılar”ın hücumçusu bir qolun da məhsuldar ötürməsini verib.

Misirli Premyer Liqa tarixində ardıcıl üç mövsümdə 10+ qol vuran və 10+ assist edən ilk oyunçu olub. Ümumilikdə onun karyerasında 5 belə mövsüm var. O, bu göstəricidə “Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi ilə vəziyyəti bərabərləşdirib.

Qeyd edək ki, “Liverpul” sona iki tur qalmış 78 xalla Premyer Liqada 3-cü pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla