AZ

ASELFLIR-500 tərəfindən işarələnən hədəflər “Cirit” və MAM-L ilə vuruldu – VİDEO

“Bayraktar TB2” pilotsuz uçuş aparatının (PUA) ASELSAN istehsalı olan ASELFLIR-500 kəşfiyyat, müşahidə və hədəfləmə sistemi ilə işarələdiyi hədəflər məhv edilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün “X” hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, keçirilən sınaq zamanı əvvəlcə “Bayraktar TB2”nin ASELFLIR-500 ilə işarələdiyi hərəkətli hədəf “Roketsan” şirkətinin PUA-dan buraxılan MAM-L mini ağıllı sursatı ilə məhv edilib. Daha sonra “Bayraktar TB2”nin ASELFLIR-500 ilə işarələdiyi sabit hədəf “Roketsan”ın quru bazalanmalı KMC silah sistemindən atılan “Cirit” tank əleyhinə idarəolunan raketi (TƏİR) ilə vurulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla