AZ

“Almatı görüşünün məqsədi delimitasiyanın davamlılığını təmin etməkdir” - ŞƏRH

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 10-da Almatıda görüşəcəklər.

Bəzi KİV-lərin məlumatına görə, bu görüşdə sülh müqaviləsinin imzalanması gözlənilir.

Baş tutacaq görüşdən ümumilikdə hansı müsbət nəticələr gözləmək olar?

Mövzu haqqında siyasi şərhçi Əziz Əlibəyli Turkustan.az-ın suallarını cavablandırıb.

Əziz.Ə bidlirib ki, “sülh müqaviləsinin bağlanması Xarici İşlər Nazirliyinin səlahiyyətində deyil. Bu görüşdə əsas məsələ delimitasiyanın davamlılığını təmin etmək niyyətidir.

Ümumiyyətlə, həqiqətən də 4 kəndin qaytarılması istiqamətində müəyyən problemlər var. Bundan sonra onlar delimitasiya prosesini davam etdirməlidirlər. Lakin Ermənistanın bəyanatlarında bəzi üst-üstə düşən məqamlar var. Ona görə də, erməni tərəfinin mövqelərini tez-tez yoxlamaq lazımdır.

Ümumiyyətlə, bu görüşün Almatıda keçirilməsi bir mesajdır”.

Eltac Zülfüqaroğlu /Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla