AZ

Yaponiyadan iqlim dəyişikliyinə 1 milyard dollar dəstək

Yaponiya iqlim dəyişikliyi ilə mübarizə üçün Asiya İnkişaf Bankının (AİB) “aşağı gəlirli və kövrək ölkələr” fonduna 1 milyard dollar verəcək.

İqtisadiyyata.az xəbər verir ki, bunu Yaponiyanın maliyyə naziri Suzuki Şuniçi AİB-in Tbilisidə keçirilən “Gələcəyə Körpü” adlı 57-ci illik toplantısında ölkəsinin yeni töhfəsini açıqlayıb.

Asiya-Sakit okean regionunun ötən il qlobal iqtisadi artımın 60 faizini təşkil etdiyini qeyd edən Suzuki regionun yoxsulluq, işsizlik və iqlim dəyişikliyi ilə mübarizəsinə toxunub.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla