AZ

İsrail ordusu daha üç hərbşisini itirdi


İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubunda HƏMAS hərəkatı ilə döyüşlər zamanı üç hərbşisini itirdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
Məlumata görə, HƏMAS yaraqlılarının Rəfahdan “Kərəm Şalom” bölgəsinə endirdiyi raket zərbələri nəticəsində iki 19 yaşlı çavuş və bir 21 yaşlı əsgər həlak olub. Daha 11 əsgər yaralanıb.
Son məlumatları nəzərə alsaq, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri ölən İsrail hərbçilərinin sayı 266 nəfərə çatıb. Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi zamanı həlak olan hərbçilərin ümumi sayı isə 611 nəfər olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
Mənbələr
Şərh ()
Bağla