AZ

Daha bir aktivist barədə “Yer üzünün cinayətkarı” ittihamı ilə edam qərarı çıxarıldı

İsfahan rayonu Məhkəməsi sosial şəbəkələrdə aktivist Mahmud Mehrabinin barəsində “Yer üzünün cinayətkarı” ittihamı ilə edam qərarı çıxarıb.

Onun vəkilinin bildirməsinə istinadən Mehrabi 2022-ci ilin fevral ayından həbsdədir və barəsində 187 ittiham, o cümlədən “İnstaqram səhifəsi vasitəsi ilə yalan yaymaq, hərbi və polis qüvvələrini əmrə tabe olammağa çağırış, İran rəhbərini təhqir, Yer üzünün cinayətkarı” ittihamları elan olunub. 

“Mahmud Mehrabi İsfahan rayonu Məhkəməsinin 5-ci Şöbəsi tərəfindən Yer üzünün cinayətkarı ittihamı ilə ilkin qərar olaraq edama məhkum olunub” Mehrabinin müdafiə vəlkil Babək Farsani açıqalyıb. 

Mahmud Mehrabinin bacısı Hacər Mehrabi Amerikanın Səsi XA ilə mayın 4-ü müsahibəsində deyib: “bu gün qardaşımı həbsxanadan məhkəməyə aparıblar. Ona qarşı çıxarılmış qərar şifahi bildirilib”.

O, həmçinin 16 aydan artıqdır ki, əlində qardaşının şəklini saxlayaraq hər gün BMT-nin Vyanada qərargahı qarşısında dayandığını deyib. 

Onun açıqlamasına əsasən Mahmud Mehrabi Vyanada yaşayırmış. Lakin 2022-ci ildə başlamış “qadın, yaşam, azadlıq” hərəkatı zamanı etinasız qala bilməyərək hərəkatda iştirak məqsədi ilə İrana qayıdıb və 16 aydan artıqdır ki, həbsdədir.

Məlumata əsasən Mahmud Mehrabinin İranda yaşyan bacısı Məryəm “X” və İnstaqram sosial şəbəkələrində payalaşma edərək qardaşı barədə çıxarılmış edma qərarına etiraz olaraq mayın 6-ı İranın molla rejiminin rəsmilərindən biri ayətulla Məhəmmədəli Nasirinin İsfahanda evi qarşısında özünü odlayacağını yazıb.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla