AZ

Rişi Sunak növbəti seçkilərdə partiyasının məğlub olacağını ehtimal edib

Böyük Britaniyanın Baş naziri Rişi Sunak təmsil etdiyi Mühafizəkarlar Partiyasının növbəti parlament seçkisində məğlub ola biləcəyini açıqlayıb.

APA-nın “Sky News”a istinadən xəbərinə görə, o bildirib ki, hakimiyyətə leyboristlərin gəlməsi Birləşmiş Krallıq üçün faciə olacaq.

Hökumət başçısı bildirib ki, bunun baş verməməsi üçün xalqın hazırkı hökuməti dəstəkləməsi vacibdir.

Qeyd edək ki, mühafizəkarların lideri olan 44 yaşlı Rişi Sunak hökumətə 2022-ci ilin oktyabrından rəhbərlik edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
16
Mənbələr
Şərh ()
Bağla