AZ

Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib - Mikayıl Cabbarov

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Quba rayonunda hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit ayırıb.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, kredit fərdi sahibkar Humayə Məmmədovaya ayrılıb.

“Qadın sahibkarların dəstəklənməsi fəaliyyətimizin başlıca prioritetlərindəndir”, - M.Cabbarov bildirib.

Fuad Mədətov
Fins.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
13
fins.az

7Mənbələr