AZ

HAMAS İsrailə Rəfahda planlaşdırılan əməliyyatla bağlı xəbərdarlıq edib

İsrailin Rəfahı boşaltmağa çağırışı girovlar və atəşkəs danışıqlarının iflasına səbəb olacaq.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə HAMAS rəsmisi "Walla" xəbər saytına bildirib.

Onun sözlərinə görə, qurudan hücumdan əvvəl İsrailin mülki əhalini Rafahın bəzi hissələrini boşaltmağa çağırması girov və atəşkəs razılaşması üçün danışıqların iflasına gətirib çıxaracaq. "İsrailin əhalini təxliyə etməyə başlamaq qərarı ciddi irəliləyiş qazanmış və razılığa yaxın olduğumuz saziş üzrə danışıqları dayandıracaq. Baş nazir Netanyahu Rəfaha işğal təhlükəsinin HAMAS-a təzyiq göstərəcəyi illüziyası altındadır, lakin bu, yalnız danışıqların iflasına gətirib çıxaracaq", - deyə rəsmi bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla