AZ

İsrailin müdafiə naziri Pentaqonun rəhbərinə Rafahda əməliyyatın qaçılmaz olduğunu bildirib

İsrail Qəzza zolağının Misirlə sərhədindəki Rafah şəhərinə qoşun yeridilməsini qaçılmaz hesab edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki bunu İsrailin müdafiə naziri Yoav Galant amerikalı həmkarı Lloyd Austinə telefon danışığında deyib.

İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Galantın Ostinlə söhbəti gecə saatlarında baş tutub, İsrail naziri həmsöhbətinə Fələstin ilə sərhəddə "Kerem-Şalom" nəzarət məntəqəsinin yaxınlığının atəşə tutulması barədə məlumat verib.

"Söhbət əsnasında nazir Galant girovları azad etmək üçün görülən səyləri müzakirə etdi və bu mərhələdə HƏMAS-ın təklif olunan razılaşma çərçivəsindən imtina etdiyini bildirdi. Nazir Galant Rəfah bölgəsində hərbi əməliyyatlara ehtiyac olduğunu vurğuladı".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla