AZ

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Almaniya

Bakı, 6 may, AZƏRTAC

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” hava hücumundan müdafiə sistemləri verəcək.

AZƏRTAC xəbər verir ki, Ukrayna İnfrastruktur Nazirliyinin sosial media hesabında dərc olunan məlumatına görə, Almaniyanın Kiyevdəki səfiri Martin Yeger bunu Xarkov vilayətinə səfəri zamanı elan edib. Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov Almaniyanın Rusiyanın zərbələri zamanı dağılan infrastrukturunun bərpasına qoşulmağa hazır olduğunu deyib.

Qeyd edək ki, Ukrayna hakimiyyəti mütəmadi olaraq Qərbdən hava hücumundan müdafiə sistemləri, əsasən də “Patriot” kompleksləri və raketlər istəyir. Prezident Volodimir Zelenski ölkəsinin ən azı 25 ədəd “Patriot” sisteminə ehtiyacı olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
Mənbələr
Şərh ()
Bağla