AZ

1-ci liqa ilə “Araz Saatlı”, yoxsa “İrəvan” sağollaşacaq?

1-ci liqada 10-cu yerin sahibinin adına aydınlıq gəlib. 24-cü turda “Qaradağ Lökbatan”a uduzan (1:3) “Araz Saatlı”nın sonuncu olacağı rəsmiləşib. Belə ki, Saatlı təmsilçisi sona 3 tur qalmış 10 xalla 9-cu pillədəki “Difai Ağsu”dan ikiqat fərqlə arxada qalıb. Reqlamentə görə sonuncu yerin sahibi 2-ci liqada mübarizə aparmalı olacaq.

Bununla yanaşı, son günlər “İrəvan”ın fəaliyyətinə son qoyulacağı haqda xəbərlər yayılıb. Hazırda 26 xalla 7-ci pillədə qərarlaşmasına baxmayaraq, futbolçuların danışılmış oyunlarda iştirakda adının hallanması və bəzi başqa problemlər buna zəmin yaradır.

Əvvəlcə “Araz Saatlı”nın prezidenti Ədalət Abdullayevin fikirlərini öyrəndik. O, klubun taleyinin bununla həll olunmadığını düşünür:

“AFFA-ya müraciət etməmişik. Buna ehtiyac da görmürük. Bilindiyi kimi, bu ildən 1-ci liqa üçün də lisenziyalaşdırma tətbiq olundu. Biz bunu xüsusi canfəşanlıqla yekunlaşdırdıq. Mayın 27-də lisenziya məsələsi ilə bağlı iclas keçiriləcək. İnanırıq ki, burda ölkə futbolu adına ədalətli qərar qəbul olunar. Təbii ki, verilən qərarla razılaşacağıq”.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə də müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:

“Əsasnaməyə görə, 1-ci liqada sonuncu yeri tutan komanda 2-ci liqaya düşməlidi. “Araz Saatlı” da sonuncu yeri tutub. Amma bu məsələlərlə bağlı son qərarı verən orqan AFFA İcraiyyə Komitəsidi”.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla