AZ

Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”

“Qarabağ”ın albaniyalı sabiq futbolçusu Ansi Aqolli Azərbaycan millisinə qarşı keçiriləcək yoldaşlıq görüşü ilə bağlı fikirlərini bölüşüb.

41 yaşlı keçmiş müdafiəçi futbolinfo.az saytına açıqlamasında bunun yığmaları üçün faydalı olacağını bildirib.

“Albaniya millisinin Avropa çempionatı öncəsi Azərbaycanla keçirəcəyi oyun maraqlı olacaq. Belə mötəbər turnir öncəsi iştirakçı komandalar atədən zəif rəqiblər seçirlər. Məqsəd komandanı formaya salmaq və futbolçuları zədədən qorumaq olur. Fikrimcə, Albaniya Futbol Federasiyasının Lixtenşteyn və Azərbaycan seçimi doğrudur. Xüsusən də Azərbaycan millisi yaradıcı futbola üstünlük verir, sərt oynamır. Oyunçuları qorumaq baxımından doğru addımdır”, – deyə Aqolli bildirib.

Ansi yığmalarının Almaniyada keçiriləcək Avropa çempionatında uğurlu çıxış edəcəyinə inanır: “Əlbəttə, əsas sınaq Almaniyada olacaq. Orada komandamız İtaliya, Xorvatiya və İspaniyanın yer aldığı “ölüm qrupu”nda olacaq. İstənilən halda, millimiz ora düşməklə artıq uğur qazanıb. İnanıram ki, böyük rəqiblərə də asan təslim olmayacaq. Lixtenşteyn və Azərbaycanla görüşlər də Avropa çempionatına ideal vəziyyətdə yollanmaq üçün əla imkandır”.

Qeyd edək ki, Albaniya – Azərbaycan oyunu iyunun 7-də Macarıstanda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla