AZ

İşçiləri daşıyan maşınlara dron hücumu

 Ukrayna Rusiyada mülki şəxslərə hücum edib.  

"Cebhe.info" xəbər verir ki, Rusiyanın Ukrayna ilə sərhədindəki Belqorod bölgəsində 2 mikroavtobus və işçiləri daşıyan bir avtomobilə edilən dron hücumunda 6 nəfər həyatını itirib, 2-si uşaq olmaqla 35 nəfər yaralanıb.

 Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov hücumdan sonra verdiyi açıqlamada, qarnından yaralanan və vəziyyəti ağır olan bir nəfərin əməliyyata alındığını, müxtəlif dərəcəli qəlpə yaraları ilə yaralanan digər qurbanların isə bölgədəki səhiyyə müəssisələrinə aparıldığını bildirib. 

 Bölgədə əməliyyat xidmətlərinin davam etdiyini bildirən Qladkov həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla