AZ

Zəif ağız gigiyenası bel ağrısına səbəb olur

Beynəlxalq tədqiqatçılar qrupu 8662 amerikalı kişi və qadınının sağlamlıq məlumatlarını araşdırıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, onların dişləri sayılıb, mövcud sağlamlıq vəziyyəti, yemək vərdişləri və həyat tərzi məlumatları araşdırılıb. Həmin insanların xroniki ağrıları qeydə alınıb. Müşahidə edilib ki, ağız gigiyenasına riayət etmədiyi üçün dişlərini itirən insanlarda bel, kürək, ayaq və bud nahiyəsində xroniki ağrı (üç aydan çox davam edən ağrı) riski artır.  İtirilən dişlərin sayı artdıqca ağrının daha da şiddətləndiyi müəyyən edilib. Araşdırmada, xroniki ağrılardan əziyyət çəkən insanların orta hesabla 22,2 dişi, ağrısı olmayanların isə orta hesabla 24,5 diş olduğu müəyyən edilib. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
manset.az

1Mənbələr

Şərh ()
Bağla