Bakı. Trend:
Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin başnaziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin andiçməmərasimində iştirak etməyəcəyini təsdiqləyib.
Trend bubarədə erməni KİV-ə istinadən xəbər verir.
Erməni jurnalistin Paşinyanın Putinin andiçmə mərasimi üçünMoskvaya gedib-getməyəcəyi ilə bağlı sualına Simonyan "xeyr" deyəcavab verib.
Xatırladaq ki, bu yaxında erməni KİV-ində Paşinyanın Putininandiçmə mərasimində iştirak etməyəcəyinə dair məlumatyayılmışdı.
Məlumata görə, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadiİttifaqının (Aİİ) 10 illiyi ilə bağlı yubiley sammitində iştiraketmək üçün Rusiyada olacaq, lakin mayın 9-da Qələbə günü ilə bağlıtəşkil olunan tədbirlərdə iştirak etməyəcək.
Erməni KİV bunun Qərbin tələbi olduğunu yazır.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin andiçməmərasimi mayın 7-də keçiriləcək.