AZ

Ukrayna: Zelenskinin axtarışda olması Rusiya təbliğatının çarəsizliyidir

Ukrayna: Zelenskinin axtarışda olması Rusiya təbliğatının çarəsizliyidir



 12:41 06.05.2024     201

Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, prezident Vladimir Zelenskinin Rusiyada axtarışda olanlar siyahısına salınması ilə bağlı məlumatlar Rusiya dövlətinin çarəsizliyinə və onun təbliğatına sübutdur.

Demedia.az xəbər verir ki,  bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada qeyd edilib.

Bildirilib ki, “Rusiya Daxili İşlər Nazirliyinin Zelenskinin qondarma axtarışa verilmiş siyahıya daxil edildiyini açıqladığı məlumatı Rusiya dövlətinin və onun çarəsizliyinin sübutudur”.

Açıqlamada Rusiya prezidenti Vladimir Putinin hərbi cinayətlər törətməkdə şübhəli bilinərək həbs edilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qərarının real olduğu və bu qərarın 123 ölkədə tətbiq olunduğu vurğulanıb.

Bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında adı doğum yeri və doğum tarixi ilə birlikdə axtarışa verilən Zelenski Rusiya Federasiyası Cinayət Məcəlləsinə uyğun olaraq axtarışa verilib.

Bahadur Seyidov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla