AZ

Müharibə edən ölkələr bu təklifi ... – Hərbi ekspert

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) regionda ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Dünyanın əksər ölkələri beynəlxalq tədbirlərə ev sahibliyi edərkən müharibə edən ölkələrə atəşkəslə bağlı təkliflərlə müraciət edir. Azərbaycan da öz növbəsində belə bir təkliflə çağırış etməyi düşünür. Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Observer” qəzetinə müsahibəsində bununla bağlı açıqlama verib.

Herbiand.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev rəsmi Azərbaycanın bu çağırışını müsbət dəyərləndirb:

“Hikmət Hacıyevin COP29 zamanı müharibə edən ölkələrə atəşkəs bağlamağa dəvətilə bağlı etdiyi çağırış təqdirəlayiqdir. Bu bir daha onu göstərir ki, Azərbaycan müharibənin və döyüş əməliyyatlarının əleyhinədir. Azərbaycan daim sülhün və təhlükəsizliyin tərəfdarıdır. Keçiriləcək COP29 da iqlim ilə bərabər, təhlükəzsizliyin də bir komponenti olaraq dəyərləndirilməlidir”.

Hərbi ekspert Azərbaycanın bu təklifinin unikal olduğunu deyib. Və hesab edir ki, müharibə edən ölkələr də bu təklifi müsbət dəyərləndirməlidir.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla