AZ

Noyemberyan mövqeyində Azərbaycan bayrağı sancıldı - Göyçə və Masis nəzarətimizə keçdi?

“Tavuş istiqamətində 8 mövqe təhvil verilib, növbəti mərhələdə Geqarkunikin 12 kəndi və Qafanın 5 kəndinin sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində addımlar atılacaq. Qardaşım oğlunun xidmət etdiyi Noyemberyan mövqeyində artıq Azərbaycan bayrağı dalğalanır”.

Bu barədə erməni polkovnik Volodya Hovhannisyan deyib.

Onun sözlərinə görə, ermənilər geri çəkilib: “Söhbət 7-9 kilometrlik hissədən gedir, kilsənin sağında və solunda minalar təmizlənir ki, azərbaycanlılar maneəsiz irəliləsin. Azərbaycan bir güllə belə atmadan Ermənistanın ən güclü müdafiə xətlərindən birini qırdı”.

Hovhannisyan qeyd edib ki, erməni qoşunlar Geqarkunikdəki mövqelərdən də geri çəklilib.

“Hazırda 2020-ci ildən sonra qurulan minalar sürətlə təmizlənir, elə edirlər ki, səs-küy olmasın. Bir də görəcəyik ki, orada Azərbaycan kəndləri salınır. Azərbaycanlılar təkcə Geqarkunikə (Göyçəyə) yox, Masisə (Zəngibasara) də gələcəklər”, - o iddia edib.//Publika.az 


Ekologiya.az bildirir ki, ötən gün hərbi ekspert Ədalət Verdiyev Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəkliyin qəhrəman Azərbaycan Ordusunun nəzarətinə keçdiyini açıqlamışdı.

Bu gün səhər saatlarından Ermənistan Milli Təhlükəsizlik Xidməti və polis əməkdaşları Qazaxla sərhəddə yerləşən Tavuş rayonunun Kirants kəndinə gəlib.

Bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, kənddə demarkasiya çərçivəsində artıq ölçmə işlərinə başlayıblar. Sakinlərə əraziyə yaxınlaşmaq qadağan edilib. Kirants icmasının rəhbəri Kamo Şahinyan bildirib ki, neytral zonada işləri hələ də davam etdirirlər və ona yaşayış sahələrini daha sonra ölçəcəklərini bildirdilər. "Mübahisəli ərazilər var", - Şahinyan bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
4
Mənbələr
Şərh ()
Bağla