AZ

“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkəmizdə əlvan vəqara metal filizi yataqlarının kəşfiyyatı, resurslarınınqiymətləndirilməsi, istismara cəlb edilməsi, fəaliyyətdə olanmədənlərin resurs potensialının artırılması məqsədilə aktiv vəçoxprofilli geoloji tədqiqatlarını davam etdirir. Tədqiqatlar 3istiqamətdə – QSC-nin idarəetməsinə verilən filiz sahələri; ölkəərazisində ümumi geoloji axtarış proqramı; Qarabağ və ŞərqiZəngəzurda mineral xammal ehtiyatlarının monitorinqi, təftişi,axtarışı, qiymətləndirilməsi üzrə həyata keçirilir.

Birinci istiqamət üzrə hazırda “AzerGold” QSC Balakən rayonundayerləşən və mürəkkəb geoloji quruluşa malik “Filizçay” polimetalyatağında optimal emal və zənginləşdirmə metodologiyasınınmüəyyənləşdirilməsi üçün metallurji, eyni zamanda Naxçıvan MuxtarRespublikasının Culfa rayonu ərazisində yerləşən “Ortakənd” qızılyatağında aşkarlanmış qızıl ehtiyatlarının geoloji-iqtisadiqiymətləndirilməsi və açıq üsulla filizçıxarma parametrlərininoptimallaşdırılması üzrə tədqiqatlar aparır. Bununla yanaşı,Naxçıvan Muxtar Respublikasının dağətəyi sahələrində, eləcə dəDaşkəsən, Göygöl və Kəlbəcər rayonlarında aktiv geoloji tədqiqatlaraparılır. Perspektivli sahələrin daha qısa vaxtdamüəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruqqazma işlərinəqənaət edilməsi, daha kiçik arealı əhatə edən, dəqiq koordinatlarüzrə aparılması məqsədilə Qafqaz regionunda ilk dəfə olaraqqeyri-invaziv axtarış metodları – hiperspektral peyk çəkilişləri vəaeroelektromaqnetik tədqiqat üsullarından istifadə edilir. Yüksəkeffektlə tətbiq edilən bu tip axtarış-qiymətləndirmə işləriçərçivəsində 2022-ci ildə “AzerGold” QSC tərəfindən ŞərqiZəngəzurun Kəlbəcər və Laçın rayonlarını əhatə edən 1624km2 sahəsində hiperspektral peyk çəkilişlərihəyata keçirilib.

Digər geoloji fəaliyyət istiqaməti üzrə, Azərbaycan RespublikasıPrezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq“AzerGold” QSC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə ölkəərazisində ümumi geoloji axtarış işlərinin icrasını davam etdirir.Ötən illərdə Ekologiya və Təbii Sərvətlərin Nazirliyi ilə birgəölkə üzrə mövcud əlvan və qara metal filizi yataqları ilə bağlıməlumat arxivi yenilənib, SSRİ dövründə aparılmış geoloji kəşfiyyatişləri barədə toplanan statisik məlumatlar elektronlaşdırılıb,geoloji xəritə və qrafik əlavələr isə rəqəmsallaşdırılıb.Beləliklə, hər bir yataq üzrə məlumat bazası yaradılıb. Bununlabelə, SSRİ dövrünə aid məlumatların müasir dövrün texnolojipotensialını, yüksək metal qiymətlərini tam əks etdirməməsi ölkəərazisində yenidən geoloji tədqiqatların aparılmasını zəruri edib.Bu məqsədlə Səhmdar Cəmiyyət 2024-cü ilin 1-ci rübündə NaxçıvanMuxtar Respublikasının Ordubad, Culfa və Şahbuz rayonlarını əhatəedən 2566 km2 sahədə hiperspektral peykçəkilişlərinin icrasına başlayıb. Həmçinin Daşkəsən, Göygöl vəGoranboy rayonlarının ərazilərini əhatə edən 1890km2 sahədə helikopter vasitəsiləaeroelektromaqnetik tədqiqatların aparılması üçün hazırlıq işlərinəstart verilib. Bundan başqa, növbəti illərdə Şuşa, Xocalı və Ağdərərayonlarında sözügedən metodlar vasitəsilə axtarış-qiymətləndirməişlərinə başlanılması nəzərdə tutulub. Ümumilikdə tədqiqatlar 3mərhələ, o cümlədən axtarış-qiymətləndirmə, ilkin kəşfiyyat işlərivə dəqiq kəşfiyyat işlərini əhatə edəcək.

Sözügedən Sərəncama uyğun olaraq potensial minerallaşmasahələrində aparılacaq tədqiqatlar nəticəsində yataqların geolojimodelləri tərtib ediləcək, mövcud ehtiyatlar beynəlxalq JORC (JointOre Reserves Committee – Birgə Filiz Ehtiyatları Komitəsi)standartlarına uyğun yenidən hesablanacaq, bununla perspektivliminerallaşma sahələri müəyyənləşdiriləcək. Yataqlar üzrə əhatəlitədqiqatların yekunu olaraq toplanmış geoloji məlumatlar hasilatprosesinin təşkili məqsədilə dövlət tərəfindən seçiləcəkəməliyyatçı şirkət-investora təqdim ediləcək.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 16noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “AzərbaycanRespublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışadair I Dövlət Proqramı”na uyğun olaraq QSC-nin öhdəliyinə mineralxammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı,qiymətləndirilməsi kimi bir sıra vacib tapşırıqlar qoyulub.“AzerGold” QSC 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramıçərçivəsində Qarabağ və Şərqi Zəngəzurun mövcud təbiisərvətlərindən Azərbaycan xalqının mənafeyi naminə istifadəedilməsi istiqamətində dövlətin yürütdüyü siyasətə dəstəyinigöstərməyə davam edir.

Sənaye əhəmiyyətli resurslara malik yeni yataqlar dövləttərəfindən milli operator şirkəti olan “AzerGold” QSC-ninidarəetməsinə həvalə olunduqda, istismar fəaliyyətinin bir hasilatsahəsindən yeni sahələr üzrə şaxələndirilməsinə, nəticə etibarı iləşirkətin iqtisadi inkişaf tempinin bərpasına və qorunmasına səbəbolacaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
16
Mənbələr
Şərh ()
Bağla