AZ

Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü

Ermənistan tərəfindən Azərbaycana təhvil veriləcək Qazax rayonunun Xeyrimli kəndində sərhədin müəyyənləşməsi üzrə işlər başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Tavuş vilayətinin Kirants (Günən) kəndinin başçısı Kamo Şaqinyan bildirib.

Onun sözlərinə görə, kəndə geodeziyaçılar gəliblər.

“Kənddə çox sayda polis var. Geodeziyaçılar azı üç gün burada qalacaqlar”, – deyə o qeyd edib.
Şaqinyan kəndlilərin ərazidə gərginlik yaratdığını, lakin yolu bağlamadığını, əlavə maneələr törətmədiyini vurğulayıb.

Mənbə: News.am

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
4
Mənbələr
Şərh ()
Bağla