AZ

Türkiyədə inflyasiya bu tarixdən təkrəqəmli olacaq – AÇIQLAMA

Uzun müddətdir ki, yüksək bahalaşmadan əziyyət çəkən Türkiyədə inflyasiyanın təkrəqəmli səviyyəyə düşəcəyi tarix açıqlanıb. 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu açıqlamanı vitse-prezident Cevdet Yılmaz verib. 


Özəl bir telekanala müsahibə verən Yılmaz inflyasiya ilə mübarizə istiqamətində görülən işlərlə bağlı sualları da cavablandırıb. Vitse-prezident qeyd edib ki, Orta Müddətli Proqramda (MDP) nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi sayəsində qiymətlərdəki artım sürətinin zəifləməsi müşahidə olunur. 


O bildirib ki, inflyasiya ən yüksək səviyyəyə mayda çatacaq, daha sonra isə enmə mərhələsinə keçəcək: “Qarşıdakı 4 ayda inflyasiya sürətində sürətli zəifləmə olacaq. Bizin təxminlərimizə görə, inflyasiya səviyyəsində 20 faiz bəndi azalma baş verəcək”. 


Yılmaz inflyasiyanın gələn il daha da azalacağını və 2026-cı ildə təkrəqəmli səviyyəyə çatacağını bildirib. 

 

Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
sfera.az

2Mənbələr

Şərh ()
Bağla