AZ

Türkiyədə inflyasiya bu tarixdən təkrəqəmli olacaq

Uzun müddətdir ki, yüksək bahalaşmadan əziyyət çəkən Türkiyədə inflyasiyanın təkrəqəmli səviyyəyə düşəcəyi tarix açıqlanıb. 

Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, bu açıqlamanı vitse-prezident Cevdet Yılmaz verib. 

Özəl bir telekanala müsahibə verən Yılmaz inflyasiya ilə mübarizə istiqamətində görülən işlərlə bağlı sualları da cavablandırıb. Vitse-prezident qeyd edib ki, Orta Müddətli Proqramda (MDP) nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi sayəsində qiymətlərdəki artım sürətinin zəifləməsi müşahidə olunur. 

O bildirib ki, inflyasiya ən yüksək səviyyəyə mayda çatacaq, daha sonra isə enmə mərhələsinə keçəcək: “Qarşıdakı 4 ayda inflyasiya sürətində sürətli zəifləmə olacaq. Bizin təxminlərimizə görə, inflyasiya səviyyəsində 20 faiz bəndi azalma baş verəcək”. 

Yılmaz inflyasiyanın gələn il daha da azalacağını və 2026-cı ildə təkrəqəmli səviyyəyə çatacağını bildirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
valyuta.az

2Mənbələr