AZ

Paşinyanın etirafı

Tavuş vilayətinin Kirants kəndinin bir qrup sakininin baş nazir Nikol Paşinyanla görüşü son dərəcə gərgin şəraitdə keçib. Onun iştirakçılarından birinin dediyinə görə, Paşinyan görüşün əvvəlindən sonuna kimi kirantsları hədələyərək, müqavimət göstərə bilməyəcəklərini deyib.

Bu barədə “Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır: “Paşinyan bildirib ki, kirantslılar yolu açmasalar, demarkasiya və delimitasiya işlərinə mane olsalar, yenə də güc tətbiq edərək bu işi aparacaqlar. Kənd sakinlərindən biri evinin qabağına tank qoyacağını, biri evini yandıracağını, azərbaycanlıların Kirantsa girməməsi üçün hər şeyi edəcəklərini deyib. Paşinyan cavabında deyib ki, bu, faydasızdır, heç nəyi dəyişmək olmaz. Paşinyan nəinki qorxub, hətta soydaşlarını biabır edib, deyib: siz bütün Ermənistanı xilas etmək, müharibənin qarşısını almaq üçün torpağınızın bir parçasından imtina etmək istəmirsiniz? O, həmçinin əlavə edib ki, bu proses Ermənistanın müstəqilliyi və varlığı naminə aparılır. On gündən artıqdır ki, etiraz aksiyası keçirən Kirants sakinlərinə bildirilib ki, Ermənistan-Azərbaycan yeni sərhədi kəndin ortasında yerləşən körpünün ortasından yox, daha dərindən keçəcək. Paşinyan bildirib ki, kənd bölünə bilər, bunun da böyük hissəsi mütəxəssislərin qarşıdakı işi nəticəsində Azərbaycana gedəcək, sərhədin dəqiq harada çəkiləcəyi müəyyənləşəcək. Kənd sakinləri heç olmasa körpüdən əl çəkməməyi xahiş ediblər, kabinet rəhbəri bunun mümkün olmadığını bildirib. Onun sözlərinə görə, kəndin bölünəcəyini bilmirmiş. İlkin versiyaya görə, bu barədə nə Ermənistan, nə də Azərbaycan tərəflərinə məlumat verilməyib, guya o, Rusiya xəritələrini alandan sonra hər şeydən xəbər tutub. Paşinyan yenə də hər şeyi rusların üzərinə yıxmağa çalışır, deyir ki, məhz onların istədiyi budur, onun heç xoşuna gəlmir. Üstəlik, baş nazir bəyan edib ki, Kirantsdə yolu bağlayan müxalifətçilər əslində onlara kömək etmir, əksinə, onlara zərər verir, Azərbaycan tərəfini daha da təxribata çəkirlər və əgər yolu kəsənlər kirantslılar olsaydı, o zaman kəndə özü baş çəkərdi, hökumətə dəvət etmələrini dayandırardılar.

Eyni zamanda, Paşinyan sıfır təhlükəsizlik zəmanəti verib, bildirib ki, proses həyata keçiriləndən sonra yəqin ki, 7 gün sülh şəraitində yaşayacağıq, amma 8-ci gündə nə olacağını deyə bilməz.

Nazirlər Kabinetinin rəhbəri evini itirənlərə kompensasiya veriləcəyini və bu məsələnin müzakirə olunacağını deyərək hamını sakitləşdirməyə çalışıb. Lakin Kirants sakinləri bu mövzunu ümumiyyətlə müzakirə etmək istəmədiklərini və vətənlərini hərraca çıxarmaq fikrində olmadıqlarını bildiriblər. Kirants sakinləri ümidsiz halda Hökumət binasını tərk ediblər, bir qadın hətta ağlayıb. Onlar kəndlərinə qayıdıblar və dünən kənddə keçirilən müzakirədə hətta bildiriblər ki, bütün hərəkətlər mənasızdır, Paşinyan yenə də öz əməlini həyata keçirəcək". 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
276
Mənbələr
Şərh ()
Bağla