AZ

“Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanır

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Heyvanlarlaməsuliyyətli davranış haqqında” Azərbaycan Respublikasının Qanunulayihəsinin hazırlanması ilə bağlı ictimaiyyətinməlumatlandırılması, eyni zamanda, ölkəmizdə heyvanlarla davranışsahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədartəkliflərin dinlənilməsi və müzakirəsi məqsədilə növbəti ictimaidinləmə keçirilib.

Trend xəbər verir ki,tədbirdə ekoloqlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanındaİctimai Şuranın üzvləri, Azərbaycan Respublikasının KəndTəsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyininnümayəndəsi və digər maraqlı tərəflər iştirak edib.

Görüşdə heyvanlarla davranışda qəddarlıq hallarının və beləhallara cəmiyyətin laqeydliyinin aradan qaldırılması məqsədiləfiziki və hüquqi şəxslər tərəfindən heyvanların saxlanması, onlarladavranış zamanı yaranan münasibətlərin hüquqi əsaslarının müəyyənedilməsi istiqamətində qanunvericilik sistemində yenitəkmilləşdirilmələrin həyata keçirilməsi ilə bağlı müzakirələraparılıb.

İctimai dinləmədə cəmiyyətdə humanizmin inkişafı və heyvanlarladavranış zamanı məsuliyyətliliyin, eyni zamanda hüquqi şüurun dahada artırılması ilə əlaqədar iştirakçıların fikirləridinlənilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
15
Mənbələr
Şərh ()
Bağla