AZ

Fransa Rusiya ordusu ilə döyüşmək üçün Ukraynaya 6 min hərbçi göndərə bilər

Ukraynaya 6 minə qədər fransız hərbçi tez bir zamanda göndərilə bilər.

BAKU.WS xəbər verir ki, bunu Fransanın LCI kanalının hərbi eksperti deyib.

Ekspert həmçinin qeyd edib ki, bu qüvvələr döyüş meydanında vəziyyəti dəyişmək üçün kifayət deyil.

Bu arada Rusiya hərbi resurslarının məlumatına görə, rus qoşunları ilk dəfə Fransanın xarici legionu ilə döyüşə girib. 

Hərbi müxbir Boris Rojinin sözlərinə görə, döyüş Donbasda Çasov Yar şəhəri yaxınlığında baş verib. Hazırda bu ərazidə qanlı döyüşlər gedir, çünki Çasov Yar şəhərinə sahib olmaq ciddi taktiki üstünlüklər verir.

Hərbi müxbir hadisə şahidlərinə istinadən xəbər verir ki, döyüş nəticəsində Fransa 7 hərbçisini itirib. 

Xarici Legion (Légion étrangère) Fransanın digər ölkələrdə istifadəsi üçün nəzərdə tutulmuş rəsmi ordu bölməsidir. 9000-dən çox hərbi qulluqçusu olan xarici legion səkkiz alay və üç briqadadan ibarətdir. Sıravilər fransız zabitləri tərəfindən idarə olunan əcnəbilərdən ibarətdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla