AZ

Qırğızıstan prezidenti Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcək

Qırğızıstan prezidenti Sadır Japarov mayın 9-da Moskvanın Qızıl Meydanında keçiriləcək Qələbə Paradında iştirak edəcək.

“Mayın 8-də Qırğızıstan prezidenti Avrasiya İqtisadi İttifaqının (Aİİ) yubiley sammitində, mayın 9-da isə Qələbə paradında iştirak edəcək”, - deyə Japarovun mətbuat xidməti məlumat yayıb.

Turkustan.az xəbər verir ki, daha əvvəl məlum olmuşdu ki, Qələbə Paradında Kuba Prezidenti Migel Diaz-Kanel , Qvineya-Bisau Prezidenti Oumara Sisoku Embalo və Laos Prezidenti Thongloun Sisoulith də iştirak edəcəklər .

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla