AZ

"Qarabağ"ı bu komandaya dəyişdi, aşağı liqaya düşdü

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “LKS Lodz” Polşa Ekstraklasasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda 31-ci turda “Şlask”ı qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Sabiq "Qarabağ"lı bu görüşün iştirakçısı olub. 28 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Bu nəticədən sonra “LKS Lodz”un növbəti mövsüm aşağı liqada mübarizə aparacağı dəqiqləşib. Komanda sona 3 tur qalmış 21 xalla sonuncu - 18-ci pillədə qərarlaşır.

“LKS Lodz” 15-ci yerdə olan “Puşa”dan 12 xal geri qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla