AZ

Almaniya Ukraynaya müasir hava hücumlarından müdafiə sistemləri verməyə hazırlaşır

Almaniya Ukraynaya müasir hava hücumlarından müdafiə sistemləri, o cümlədən "Patriot", "IRIS-T" və "Skynex" verməyə hazırlaşır.

Bu barədə Almaniyanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Martin Yaqer Xarkov vilayətinə səfəri zamanı mətbuata verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, Ukrayna ilə hərbi əməkdaşlıq Almaniya üçün strateji önəm daşıyır.

Martin Yaqer həmçinin ölkəsinin Ukraynanın dağıdılmış enerji instrafukturunun bərpasında yaxından iştirak edəcəyini də xüsusi vurğulayıb.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla